Erməni vəkil azərbaycanlı jurnalisti müdafiə edəcək

Erməni vəkil azərbaycanlı jurnalisti müdafiə edəcək
Xədicə İsmayılı müdafiə edəcək Erməni vəkil kimliyi bilindi... 

Bu barədə Corc Kluninin arvadı Amal Kluni özü açıqlama verib.

Tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək.

Bu barədə "Amerikanın Səsi” xəbər yayıb. (ANS PRESS). Bildirilir ki, xanım Kluni bunu Amerikanın NBC kanalına müsahibəsində deyib ki, o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xədicə İsmayılovanın vəkilləri isə hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin "erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi məşhur hollivud aktyoru Corc Kluninin həyat yoldaşı Amal Kluni olub.

"Erməni soyqırımı" iddiasını müdafiə etməklə gündəmə gələn erməni əsilli Amal Kluni Ermənistanın maraqlarını Avropa məhkəmələrində müdafiə edib.


2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az