"Ermənilər Naxçıvana girdi, müharibə başladı" —- ŞOK İDDİA- Rusiya KİV

 
Bu gün ölkə mətbuatında "Ermənilər Naxçıvana girdi, müharibə başladı"— Rusiya KİV” başlıqlı xəbərlər yer alıb.
 
Bu xəbər ölkə ictimaiyyətini narahat edib. Xəbərin doğru olub, olmaması ilə bağlı redaksiyamıza da zəngləri və müraciətlər edilib. Miq.az xəbər verir ki, Ölkə.az saytı əhalinin narahatlığını nəzərə alaraq, Culfa rayon Ləkətağ kənd sakinləri ilə əlaqə saxayıb. Kənd sakinləri kənddə sakitlik olduğunu bildirdilər. "Kənddə sakitlikdir, əhali də öz işi ilə məşğuldur. Həyat həmişəki kimi öz axarı ilə davam edir”.
 
Miq.az saytı da Sədərək sakinlərindən bir neçəsi ilə əlaqə saxlayıb. Və Sədərək sakini Yalçın adlı oxucumuz bildirdi ki, burda sakitçilikdir, yayılan informasiyalar həqiqətə uyğun deyil.  Məsələni dərindən araşdırdıqda isə aydın oldu ki, bu, heç bir əsası olmayan xəbər 2014-cü ilin iyun ayında Rusiya KİV-lərinə istinadən anspress.com-da yayımlanıb. Sosial şəbəkələrdə yenidən paylaşılmasından sonra isə bəzi xəbər portalında yenidən tirajlanıb. Həmin xəbərin yenidən medianın gündəminə gətirilməsi böyük ehtimalla texniki səbəblərdəndir.

Miq.az


 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az