Ermənilər panikaya düşdü - Azərbaycan silahlarından qorxan nazirin etirafı
Erməni nazir Azərbaycan silahlarından qorxduğunu etiraf etdi
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan - "Bu bizim xoşumuza gəlmir"
Müharibə şəraitində yaşayan, ərazilərinin 20 faizi işğal edilən Azərbaycanın yeni silahlar, hərbi texnika alış-verişi erməniləri yenidən qorxuya salıb. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan özü etiraf edib.
"RİA Novosti"yə müsahibəsində o deyib ki, Azərbaycanın Rusiyadan silah alması Ermənistanın heç xoşuna gəlmir.
"Əlbətdə ki, Azərbaycanın bizim tərəfdaşımızdan, regionda sülh və stabilliyi qorumaq üçün yaradılan Minsk qrupu vasitəçisindən silah alması xoşumuza gələ bilməz". Cəbhədə yeni döyüşlərin, gərginliyin yaranmasından qorxan erməni nazir güc balansını qorumaq üçün ölkəsinin səy göstərməli olduğunu da deyib. O, yeni hərbi texnika alış-verişinin nələrə qadir olduğunu ötən ilin aprelində gördüklərini də gizlətməyib.
Ötən ilin aprel ayında dördgünlük döyüşlərdə güclü ordu iddiaları iflasa uğrayan Ermənistan hələ də Azərbaycanın müharibəyə başlamaq ehtimalından narahatdır.
Xatırladaq ki, Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) ötən gün yaydığı hesabatda qeyd eidlib ki, 2012-2016 illərdə Azərbaycan Rusiyadan Ermənistandan 20 dəfə çox silah alıb.
O, "Son dəfə Qarabağ münaqişəsinin həllinə nə zaman yaxın omusuz?" sualaına da cavab verib. Nalbandyan həllə 2011-ci ildə Kazanda nisbətən yaxınlaşdıqlarını deyib. "O zaman biz münaqişənin həlli üçün baza prinsipləri sənədlərinin razılaşdırılmasına yaxın idik./İstiPress/
Miq.Az