Ermənilər Qarabağda “naməlum obyekt” tapdı - Foto

Ermənilər Qarabağda “naməlum obyekt” tapdı - Foto
Ermənilər işğal altındakı Azərbaycan torpaqlarının bütün yeraltı, yerüstü sərvətlərini talan etməkdə, maddi-mədəniyyət abidələrinin üzərinə erməni yarlığı vurmaqda davam edirlər 

Ancaq işğalçılar son zamanlar Qarabağda rast gəldikləri nadir tapıntılardan o dərəcədə şoka düşüblər ki, hələ onunla bağlı ortaya iddia qoymağa çətinlik çəkirlər.

Miq.az  musavat.com-a istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin "turizm idarəsnin rəisi” Sergey Şahverdiyan məlumat yayıb.

Erməni separatçı Dağlıq Qarabağ ərazisində rastlaşdığı sirli daş plitələrdən bəhs edib və onların fotolarını da təqdim edib. "Bizim əməkdaşlarımız Artsaxın bölgələrindən birində bunları aşkar ediblər. İndi baş sındırırıq ki, bu, nə ola bilər”-Şahverdiyan iddia edib.

O, bildirib ki, hələlik çalışmaları fayda verməyib. Belə ki, "bu daşların təyinatı və hazırlanma tarixi bəlli deyil”. S.Şahverdiyan onlarla belə nadir daşların tapıldığını deyib. Bu məlumat ermənilərin böyük marağına səbəb olub və sosial şəbəkədə geniş müzakirələr aparılır.

Göründüyü kimi, bu dəfə "daş qayaya rast gəlib”. Tarixi saxtalaşdırmaq azarına tutulmuş ermənilər hələ ki, Azərbaycanın bu qədim bölgəsindəki növbəti nadir tapıntıları "özününküləşdirməyin” yollarını tapa bilmirlər. Erməni mediası isə Dağlıq Qarabağdakı daş tapıntıları "uçan naməlum obyektlər”ə bənzədib.

Azərbaycanın müvafiq qurumlarının bu faktlarla bağlı beynəlxalq qurumlara müraciət etməsi, tarixçilərin və arxeoloqların həmin bu daş abidələrlə bağlı açıqlamalar verməsi ermənilərin cəhdlərinin qarşısını ala bilər.
 
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az