Ermənilər yenə də hücuma keçdi- İtkilər var
Qarşı tərəf itkilərlə geri çəkilməyə məcbur edilib
Ermənistan silahlı qüvvələrinin cəbhə boyu təxribatları davam edir.
Müdafiə Nazirliyindən Miq.Az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.
Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.
Miq.Az