Ermənilərin diversiya və kəşfiyyat həmlələri-Düşmənə vurulan zərbələr...
"Torpaqlarımızın geri alınması işini hərbi yolla davam etdirəcək"
Düşmənə son bir ayda vurulan zərbələr, görünür proses başlamaq üzrədir.
"Ermənistan da parlament seçkiləri yaxınlaşdıqca, ölkə rəhbərliyi gərginləşən daxili siyasəti cəbhə bölgəsində təxribatlara yönəltməklə, ictimai rəyi müharibə ritorikasına yönləndirməyi planlaşdırır. Yerevanda hakimiyyətdə olan "müharibə partiyası" bu siyasətlə yenidən hakimiyyəti zəbt etməyi düşünür. Ermənistanda bu faktor mühüm rol oynasa da, hazırda Ermənistan rəhbərliyi, danışıqlardan yayınmaq üçün, cəbhə bölgəsində Azərbaycanın mövqelərinə diversiya və kəşfiyyat həmlələrinə cəhd edir. Ağır silahlardan istifadə etməklə atəşkəsi mütəmadi pozmağı davam etdirir. "
Bu sözləri son vaxtlar təmas xəttində gərginləşən vəziyyəti Miq.Az-a şərh edərkən politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq daha sonra bildirdi ki, Azərbaycan hazırda Ermənistanın bu təxribatlarına qarşı, düşmənin bütün hədəflərini məhz etməyi planlaşdırıb. Keçən həftə Müdafiə nazirliyində hissə və briqada komandirlərinin iştirakı ikə əməliyyat müşavirəsi, yeni əməliyyatların başlanmasına və düşmənə zərbə vurmağa hazırlıq mesajı kimi dəyərləndirmək lazımdır. Azərbaycan rəhbərliyi tərəfindən son vaxtlar, hissə -hissə torpaqların geri alınması kimi açıqlamalar verilməkdədir. Buradan belə qənaətə gəlmək olur ki, Azərbaycan hazırkı atəşkəsdə maraqlı deyil və torpaqların geri alınması işini hərbi yolla davam etdirəcək. Düşmənə son bir ayda vurulan zərbələr, görünür proses başlamaq üzrədir. Və müharibə ehtimalını yenidən gündəliyə gətirir. Xüsusilə yeni planda lokal döyüş əməliyyatları imkan verir ki, işğalçı qüvvələrin bütün hərbi istehkam və müdafiə xəttləri dağıdılaraq, ordunun irəliləməsinə şərait yaratsın. Kiçik qruplarla düşmənə arxadan zərbə vurmaq taktikası, hərəkətdə olan bütün obyektlərin məhv edilməsi tapşırıqları, düşməni panikaya salacaq və bir növ işğalçı ordu arasında inamsızlığa yol açacaq.
"Hazırda Rusiya çalışır ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərini bir araya gətirsin. Təbii ki, yeni həll variantları hazırlanıb. Bu həll variantları maraqlarımıza cavab vermədiyi üçün xarici işlər naziri danışıqlarda maraqlı görünmür. Vurğulamaq lazımdır ki, Rusiya "Paket həll" variantını irəli sürməklə, bir növ Azərbaycanı danışıqlardan uzaqlaşdırmaq siyasəti aparır.
Qeyd edim ki, Ukrynada və Suriyada davam edən müharibə Azərbaycana imkan verir ki, lokal əməliyyatlarla əraziləri hissə-hissə azad etsin. Beynəlxalq diqqət Ukrayna və Suriyaya yönəlməklə, Qarabağ məsələsini diqqətdən kənarda saxlayıb.
Xüsusilə danşıqların dayanmasında "Minsk qrupunun" üzvləri Rusiya və Fransadan verilən son açıqlamalarda rol oynayır. Hər iki ölkənin həmsədr missiyası birtərəfli olaraq, işğalçıya dəstəyi artırır. Və, Azərbaycan üçün məqbul olmayan şərtlər irəli sürülür. Bir növ bu kimi, açıqlamalarla Azərbaycana təzyiq edilir. Çünki, ortada Azərbaycanın maraqlarına cavab verməyən "həll formulu" var. Həmsədr kimi Vaşinqtonun susqunluğuda, Rusiya və Fransanın Azərbaycana qarşı təzyiqini artırıb. Bu aralarda Türkiyənin Suriyada hərbi əməliyyatlara başı qarışması, həmçinin Rusiya ilədə apardığı Qarabağ danışıqları da nəticəsiz qalması, vəziyyəti gərginləşdirir. Baş verənlər fonunda Azərbaycana imkan verir ki, bu açıqlamalara və xain planın qarşısın alınması üçün cəbhədə işğalçı qüvvələrə hərbi güc tətbiq etsin.
Son günlərdə Gürcüstan və Rusiya arasında müəyyən siyasi təmaslar üçün danışıqlar aparılmaqdadır. Ermənistan çalışır ki, Abxaziyadan keçməklə Ermənistana dəmir yolu nəqliyyatı işə düşsün. Və, Rusiya ilə quru əlaqalər bərpa edilsin. Rusiyada hərbi yüklərin daçınması üçün xəttin açılmasında maraqlıdır. Rusiya bu dəmiryol xəttinin açılması üçün Gürcüstana daima təzyiqlər edibdir. Verilən məlumatlara görə, artıq Gürcüstan arasında Ermənistana gedən dəmir yolunun açılması məsələsində anlaşma əldə edilib. Praqada Rusiya və Gürcüstan təmsilçiləri arasında «Ticarət dəhlizləri haqqında» sazişin gerçəkləşdirilməsi üzrə danışıqların yeni mərhələsində əldə edilmiş anlaşmadır.
Qeyd etmək lazımdır ki, Gürcüstan buna gedərsə, Ermənistanın silahlanması, daha da asanlaşacaq. Bu Azərbaycan üçün arzuolunmayan bir anlaşma olacaq. Həmçinin Azərbaycan-Gürcüstan strateji əlaqlərinə kölgə salmış olar. Bu baş verərsə, Rusiya rahat şəkildə öz ordusunu Ermənistana göndərməklə, regionda ciddi təhlükəli vəziyyət yaradacaq.
Hazırda beynəlxalq vəziyyətdə qeyri-müəyyənlik hökm sürməkdədir. Bundan istifadə edən Rusiya çalışır ki, Cənubi Qafqazda status-kvo qorunsun və Ermənistan da militarist siyasətini həyata keçirsin. Azərbaycan gərginləşən situasiya fonunda Qarabağ siyasətində görünür, korrektlər etməkdədir."
Miq.Az