Ermənistanda iki gün əvvəl başlayan "İldırım-2015” komanda-qərargah təlimləri çərçivəsində maraqlı ssenarilər sınaqdan keçirilir.
Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, təlimlər çərçivəsində İrəvan yaxınlığındakı "Nubaraşen” təlim poliqonunda qaçqınlar üçün şərti çadır düşərgəsi salınıb.
Bundan əvvəl isə Ermənistanın Azərbaycanla sərhəd yaşayış məntəqələrindən əhalinin kütləvi evakuasiyası, habelə İrəvandakı mühüm obyektlərin əməkdaşlarının təcili köçürülməsi sınaqdan keçirilmişdi.
Bütün bunlar düşmən ölkədə Azərbaycanla mümkün irimiqyaslı müharibə zamanı başlarına nə gələcəkləri barədə aydın təsəvvürlərin olmasından xəbər verə bilər.
Xəbərlərə görə, İrəvan yaxınlığında qurulan çadır düşərgəsində həyatı və sağlamlığı üçün təhdid yarandığına görə "başqa dövlətdən” Ermənistana gedən qaçqınlar üçün nəzərdə tutulub. Həmin şərti "başqa dövlət”in adı göstərilmir. Ancaq sezmək çətin deyil ki, söhbət məhz qondarma "DQR”dən gedir. Əks halda hansı "xarici dövlətin” əhalisinin Ermənistana kütləvi sığınmasından söhbət gedə bilərdi? Xüsusən də təlimlərin ssenarisinə Azərbaycanla sərhəd bölgələrdən əhalinin evakuasiyasının daxil edildiyi nəzərə alınarsa...
Ermənistanın Miqrasiya Xidmətinin rəsmisi Petros Ağababyan deyib ki, ölkə qanunlarına görə, həyatı və sağlamlığı üçün təhdid yaranan qaçqınlara müvəqqəti sığınacaq verilir. Bu məqsədlə müvəqqəti düşərgədə bütün zəruri xidmətlər yaradılıb.
Ermənistanda keçirilən təlimlərdə Azərbaycanla sərhəd ərazilərdən əhalinin evakuasiyası, Qarabağdan qaçan ermənilər üçün düşərgənin salınması kimi elementlərin yer alması bütün təmas xətti boyu şiddətli mövqe döyüşlərinin getdiyi bir vaxtda baş verir.
Bu elementlər onu göstərir ki, tammiqyaslı müharibənin başlayacağı təqdirdə Azərbaycan ordusunun döyüş əməliyyatlarını işğalçı ölkənin ərazisinə keçirə biləcəyini, o cümlədən Dağlıq Qarabağdan ermənilərin kütləvi qaçışının mümkünlüynü Ermənistanda nəzərə alırlar.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ