"Ermənistan Azərbaycanın quberniyası olsun" - Jirinovskiyə sərt reaksiya

Millət vəkili Səməd Seyidov Rusiya Liberal Demokrat Partiyasının lideri Jirinovskinin Azərbaycanın və Ermənistanın quberniya olması ilə bağlı səsləndirdiyi fikrə sərt reaksiya verib.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında S. Seyidov qeyd edib ki, Xocalı soyqırımının 25 illiyi ərəfəsində bunu etmək olmazdı:

"Mən də buna sakit yanaşa bilməzdim. "Azərbaycanın müstəqilliyi dönməzdir" deyən Heydər Əliyev ən alt qatlara belə toxunub. Bunlar bizim qan yaddaşımızdır. Çingiz Qurbanov, Mübariz İbrahimovumuzdur. O ki qaldı Azərbaycanın quberniya olması məsələsinə, əslində İrəvan bu statusa daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir, Azərbaycan ərazisində yaranıb".

O, daha sonra çıxışının sonunda rus dilində Rusiya vətəndaşlarına müraciət ünvanlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az