Ermənistan deputatı Qarabağda separatçı rejimin “bayrağı”nı qaldırdı...-FOTO

Ermənistan deputatı Qarabağda separatçı rejimin “bayrağı”nı qaldırdı...-FOTO

Qəsbkar Ermənistanın keçmiş milli təhlükəsizlik xidmətinin rəhbəri, erməni parlamentinin terrorçu eks-prezident Serjik Sərkisyanın lideri olduğu "Şərəfim var” fraksiyasının başçısı və  "Vətən” partiyasının rəhbəri Artur Vanesyan bu günlərdə Laçın dəhlizindən Azərbaycanın dövlət sərhədini qanunsuz şəkildə keçərək Xankəndinə gəlib.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, A.Vanesyan bu haqda özünün "Facebook” səhifəsində paylaşım edib.
 
Üzdəniraq Ermənistan deputatı Xankəndində keçirdiyi görüşlərdən, Qarabağda məskunlaşmış ermənilərin humanitar problemlərindən danışıb.
A.Vanesyan gəzdiyi Azərbaycan torpağının adını çəkmədiyi məntəqəsində qaldırdığı separatçı-terrorçu rejimin  "bayraq” adlanan əski parçasının yanında çəkdirdiyi fotosunu da paylaşıb...
 
Xatırladaq ki, həmin A.Vanesyan 2020-ci ilin yanvarında o vaxt işğal altında olan Cəbrayıl rayonunun Arazyanı ərazilərimizə gələrək buradakı torpaqların təcili məskunlaşdırılmasından danışmışdı... 2020-ci ilin noyabrında isə populist çıxışlar edərək bir dəstə tərəfdarıyla  Xankəndinə gəlmiş, lakin ordumuz Şuşaya yaxınlaşan kimi aradan çıxmışdı...
 
Hələ Ermənistan MTX rəhbəri olduğu vaxtlarda erməni mediası A.Vanesyanın Rusiya "FSB"-sinin göstərişləri əsasında işlədiyi haqda yazırdı...
 
P.S. Xalq və dövlət olaraq  bir az da birlik və təpər göstərsək, A.Vanesyan kimi dığaların bu gün hələki sərbəst gəzə bildiyi bütün torpaqlarımızı öz nəzarətimizə qaytaracağıq...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az