Ermənistan hökuməti Suriyaya təyyarə dolusu silah göndərdi

Ermənistan hökuməti Suriyaya təyyarə dolusu silah göndərdi
Ermənistan hakimiyyətinin Suriya rəhbəri Bəşər Əsədə və bu ölkədəki İran döyüşçülərinə yardım göndərdiyi üzə çıxıb.

Avropa.info Türkiyədəki mənbələrə istinadən xəbər verir ki, iki gün bundan öncə Ermənistandan göndərilən və içərisində ərzaq və silah olan bir təyyarə Laziqiyyə şəhərinin Basil əl-Əsəd hava limanına enib.

Ermənistandan göndərilən yardım adıçəkilən hava limanında Rusiyaya aid avtomobillərə yüklənib.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin Suriya münaqişəsində Əsəd rejimini müdafiə etməsi heç kəsə gizlin deyil.

Bundan başqa Ermənistan hakimiyyəti Suriyanın Laziqiyyə, Kəsəb və bir çox bölgəsindəki erməniləri işğal altındakı Azərbaycan torpağı olan Dağlıq Qarabağa yerləşdirdiyi faktlarla sübut olunub.

Onu da xatırladaq ki, iki il öncə Əsəd rejiminə silah daşıyan Ermənistanın kargo təyyarəsi Ərzurum hava limanına Türkiyə tərəfindən zorla endirilmişdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az