Ermənistan mart ayında Qarabağda yeni müharibəyə başlayacaq – HƏRBİ MƏNBƏ

Ermənistan mart ayında Qarabağda yeni müharibəyə başlayacaq – HƏRBİ MƏNBƏ
"Qarabağda yeni müharibə martda olacaq”.

Miq.az  xəbər verir ki, bu iddia ilə Ermənistanın "Aykakan jamanak” qəzeti çıxış edib.

Qəzet qeyd edir ki, Ermənistanda yeni müharibə haqda söz-söhbətlər gəzir və buna hazırlıq gedir.

"O haqda danışılır ki, yeni müharibə mart ayında olacaq. Bu rəsmi təsdiqini tapmasa da, kulislərdə müzakirələr davam edir”, - deyə qəzet qeyd edib.

Ermənistanda müharibə hazırlığını hərbi mənbələr də qəzetə təsdiqləyib.

"Təəssüf ki, çoxsaylı ehtimalar müharibənin reallığını təsdiqləyir”, - deyə erməni qəzeti yazıb. //Publika.az
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az