Ermənistan ordusunda yoluxucu xəstəliklər yayılıb

Ermənistan ordusunda yoluxucu xəstəliklər yayılıb
Çirkli su Ermənistan ordusunda yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.

Miq.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun ən böyük problemlərindən biri də əsgərlərin içməli su ilə təminatındakı acınacaqlı vəziyyətdir.

Bu günlərdə Madagizdəki hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrinə içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında yoluxucu xəstəliklər yayılıb.

Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arekelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o, ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib.

Hadisə ictimaiyyətdən gizlədilsə də, qondarma "DQR" "kənd təsərrüfatı naziri" Aram Mxoyan, "ətraf mühit və təbii ehtiyatlar üzrə idarə rəisinin birinci müavini" Artur Qabrielyan və yerli "hərbi komandanlığın" iştirakı ilə hərbi hissələrin içməli su ilə təminatına dair fövqəladə toplantı keçirilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az