Ermənistan ordusunun daha bir hərbçisi məhv edildi

Ermənistan ordusunun daha bir hərbçisi məhv edildi

Ermənistan silahlı qüvvələri aprelin 30-dan mayın 1-nə keçən gecə təmas xəttində növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Atəşkəsin pozulması zamanı düşmən tərəfi 1 canlı qüvvəsini itirib. Bu, 1991-ci il təvəllüdlü hərbçi Aşot Şavarşeviç Zohrabyandır.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. /Report/

Düşmən əsgəri gecə saatlarında Xocavənd istiqamətində gedən döyüşlər zamanı zərərsizləşdirilib.

Bundan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozması barədə məlumat yayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az