Ermənistan ordusunun Xəzərə çıxmaq planı
Erməni hərbçilər İranın köməyinə ümid bağlayırlar
Erməni professor, politologiya doktoru Levon Şirinyan Ermənistan ordusunu hücum edərək Kür-Araz ovalığını tutmağa və Xəzərə çıxmağa çağırıb
İstiPress-in məlumatına görə, Levon Şirinyan "1in.am” portalına müsahibəsində Ermənistan ordusunun Qarabağdakı işğalıçı bölüklərinin rəhbəri general-leytenant Levon Mnasakanyanın Ermənistan ictimai telekanalının "Gündəmdən kənar” verilişində dediklərini şərh edib. Levon Mnasakanyan bildirmişdi ki, əgər Azərbaycan ordusu hücum edərək yeni mövqeləri nəzarətə götürmək istəyərsə, onda Ermənmstan ordusu hücuma keçəcək və Azərbaycan ordusuna dağıdıcı zərbələr vuracaq.
Levon Şirinyan Mnasakanyanın bəyanatını şərh edirək bunun Azərbaycana təsir etmək üçün edildiyini bildirib. Amma onun fikrincə, belə beyənatlarla Azərbaycana təsir etmək qeyri-mümkündür.
Onun fikrincə, Ermənistan ordusu Kür-Araz ovalığını tutaraq Xəzərə çıxmalıdır: "Biz mütləq talışların sərhədinə qədər getməli Azərbaycanın yerli xalqlarını türk çoxluğundan xilas etməliyik. Bu məsələdə ən azından bizim bir müttəfiqimiz - İran var. Bu baxımdan Ermənistan Xəzərə çıxış da əldə edə bilər”.
Amma məqalədən belə görünür ki, "1in.am" portalının əməkdaşı Aram Sarqsyan politologiya doktoru Levon Şirinyanın bu iddialarını xeyli absurd sayıb və ona sualla müraciət edib: "Ermənistanın Kürə qədər çıxmaq üçün resursları varmı? Bu plan realdırmı?”
Levon Şirinyan isə özünü sındırmayıb və deyib ki, əlbəttə resurslar var, amma məsələ "bir-iki günə” düzələn deyil. Sonra da bu resursları əldə etməyin yollarını göstərib: "Hər şeydən öncə korrupsiyanı aradan qaldırmaq, insanların Ermənistana geri qaytarılmasını təşkil etmək və ölkəni elm-sənaye mərkəzinə çevirmək lazımdır”.
Qəribədir, Ermənistanda siyasətə nisbətən obyektiv baxışları olan bir portal – "1in.am” Qarabağdakı işğalçı ordunun rəhbərinin absurd sözlər danışdığını görüb, cəmiyyətdə professor, politoloq kimi tanınan birini çağırır ki, ağsaqqal, gəl bir yol göstər. Hər halda, Qarabağda işğal davam etdikcə, Ermənistandan miqrasiya, yoxsulluq azalmayacaq, Ermənistan ərazisi də yavaş-yavaş Azərbaycanın işğal edilmiş torpaqlarının xarabalıqlarına bənzəməyəç başlayacaq. Levon Şirinyan da gəlib daha absurd iddiaları ilə gül vurur. Atalar demişkən, ağıllınız kimidir - qabaqdakı zəncirli.
Miq.az