“Ermənistan PKK üçün ikinci Qəndildir”

“Ermənistan PKK üçün ikinci Qəndildir”
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Xalq Partiyasının (MHP) sabiq millət vəkili, araşdırmaçı Sinan Oğan deyib. O, Türkiyənin PKK ilə sülh dövründə bir çox səhvlər etdiyini bildirib:
"Türkiyə rəhbərliyi PKK ilə sülh dövründə ölkədə, xüsusilə İqdırda bir çox polis məntəqələrini bağladı. Duzluca rayonundakı (Ermənistana gedən yol burdan keçir) polis bölməsinin bağlanması ilə PKK-nın önü açılmış oldu. Ermənistan bu gün PKK üçün ikinci Qəndil mövqeyindədir. Ağrı dağı -Ermənistan yolu PKK təhlükəsi altındadır. Xüsusilə İqdır üzərindən terror əməliyyatları həyata keçirməyə çalışırlar. Son dövrlərdə Ermənistan-Türkiyə sərhədində yaşayan vətəndaşlarımızdan xəbərlər almağa başlamışıq. Sərhəd kəndlərində yaşayan yoldaşlarımız mənə zəng edərək, "bu gecə filan qədər adam keçdi” deyir. Lakin İqdır sakinləri şəhidinə, dövlətinə və polisinə sahib çıxmağı bacarır. Hər nə olursa-olsun, heç kim İqdırdan istifadə edə bilməz. Heç kim xəyalındakı Kürdüstanı Ermənistana birləşdirməyi düşünməsin. İqdırlılar buna icazə verməyəcək”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az