"Ermənistan Putinin çəkməsi altında qalıb"-İRƏVANIN QORXUSU


"Əraziləri qaytarmasaq, vəziyyət dəhşətli olacaq” 

"Rusiya maraqları Azərbaycan maraqları ilə üst-üstə düşəndə Ermənistan ağır vəziyyətdə qalacaq. Ona görə də daha pis vəziyyətlə qarşılaşmamaq üçün Qarabağ münaqişəsini indi həll etməliyik”.

Publika.az xəbər verir ki, bu barədə "Erməni Milli Konqresi"nin fraksiya rəhbəri Aram Manukyan deyib.

Onun sözlərinə görə, liderləri Levon Ter-Petrosyan da eyni məsələni bildirirdi: "İndi Rusiya regionda öz təsirini artırmağa çalışır. Bu vəziyyətlə razılaşıb minimal itkilərlə məsələni həll etməliyik. Bu razılaşmada müəyyən ərazilərin qaytarılması ilə də razılaşmalıyıq. Əgər etməsək, onda daha çox iktilər verəcəyik”.

A.Manukyan əlavə edib ki, Ermənistan Putinin çəkməsi altında qalıb.

"Ermənistan zəif deyil, sadəcə axmaqdır. İndi münaqişənin həll olunması şansı yaranıb və biz vaxt itirmədən buna getməliyik”, - deyə o bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az