Ermənistan Rusiyaya etiraz notası verdi?.. - Pah atonnan!..

Ermənistan Rusiyaya etiraz notası verdi?.. - Pah atonnan!..

"Bu qədər anti-erməni fəalı olduğundan Moskva da Ermənistanda qərbyönümlü düşüncələrin artmasına təəccüblənməli deyil..."
 
Ermənistanın Rusiyadakı səfirliyi Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
 
Moderator.az xəbər verir ki, bu haqda informasilar sosial şəbəkələrin erməni seqmentində 
Rusiyanın "Infoteka24” nəşrinin etibarlı mənbələrinə istinadla yayılıb.
"Ermənistanın Moskvadakı səfirliyi Rusiya siyasətçilərinin getdikcə artan anti-Erməni açıqlamaları ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Belə siyasətçilərdən biri MDB ölkələri üzrə parlament komissiyasının sədri, kommunist Leonid Kalaşnikovdur. Kalaşnikovun zaman-zaman səsləndirdiyi anti-Erməni açıqlamaları nəinki Ermənistan-Rusiya müttəfiq münasibətlərinə xələl gətirir və millətlərarası düşmənçiliyi qızışdırır, eyni zamanda Türkiyə-Azərbaycan ittifaqının ritorikasını təkrarlamaqla Moskvanın rəsmi siyasətinə də ziddir. Bu baxımdan  Ermənistanın Rusiyadakı səfirliyi müvafiq strukturları Kalaşnikovun xarici təsir agenti olub olmadığını öyrənməyə çağırır.
 
"Təəssüf ki, Kalaşnikov, Rusiyadakı bəyanatları erməni-rus birliyinin ruhuna zidd olan yeganə siyasətçi deyil. Federal telekanallardan və dövlət mediasından da anti-erməni ritorikası eşidilməkdədir. Cənubi Qafqazda Türkiyə ehtiraslarını məhdudlaşdıran yeganə müttəfiqinə qarşı, Rusiyanın özünə qarşı da daxil olmaqla, bu cür nəzarətsiz və əsassız təcavüz axınları Ermənistanın özündə də anti-Rusiya hisslərinin artmasına səbəb olur. Erməni cəmiyyəti müttəfiqin təhlükəsizliyinə ziyan vuraraq Türkiyə və Azərbaycanın maraqlarına üstünlük verən Moskvanın seçimindən məyusdur. Bu qədər anti-erməni fəalı olduğundan Moskva da Ermənistanda qərbyönümlü düşüncələrin artmasına təəccüblənməli deyil" - məlumatda Ermənistanın notasında belə deyildiyi bildirilir.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az