Ermənistanda Azərbaycan konfetləri satılır

Ermənistanda Azərbaycan konfetləri satılır
Ermənistanın Vanadzor şəhərinin mərkəzi bazarında Azərbaycandan gətirilən konfetlər satılır.

Oxu.Az-ın rusarminfo.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə KİV-lərə Lorinin yerli telekanalının redaktoru Narinə Avetisyan məlumat verib.

Qadın qohumlarıgildə qonaqlıqda olanda ona Azərbaycan konfetləri təklif ediblər. Avetisyan şirniyyatın haradan alındığını öyrənərək, mərkəzi bazara yollanıb.

Bazarda redaktora, həqiqətən də, Azərbaycan konfetlərinin satışda olduğunu, lakin indi bitdiyini deyiblər.

Xatırladaq ki, cari ilin aprel ayında Yerevan mağazalarının birində "Product of Azerbaijan” markalı məhsullar aşkarlanmışdı. İki gündən sonra isə qida məhsullarının Dövlət Təhlükəsizlik Xidməti yoxlama apararaq, Ermənistan bazarlarında Azərbaycan almalarının satılması faktını təsdiqləmişdi.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az