Ermənistanda hərbçiləri daşıyan avtomobil yanıb, polkovnik ölüb

Ermənistanda hərbçiləri daşıyan avtomobil yanıb, polkovnik ölüb

Ermənistanın Eçmiədzin şəhərində "Mazda" markalı avtomobildə baş verən yanğın zamanı 4 hərbçi yanıq xəsarəti alıb, onlardan biri ölüb.

Miq.Az xəbər verir ki, onlar Vazgen Sarqsyan adına Hərbi Universitetin müəllimləridir.

Ölən şəxs 57 yaşlı polkovnik Ovik Kosakyandır.

Bildirilib ki, yanğınsöndürənlər V.Kosakyanın cəsədini maşında aşkarlayıb.

Məlumata görə, xəsarət alanlar hərbi universitetin müəllimləri - 58 yaşlı Aşot Şekikyan, 57 yaşlı Pavel Topçyan və 36 yaşlı Gevorq Arutyunyandır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az