Ermənistanda həyəcan- Oğlan uşaqları ölkədən çıxarılır

 Ermənistanda həyəcan- Oğlan uşaqları ölkədən çıxarılır

Ermənistanda Qarabağı geri qaytarmağa hazırlıq 

Ermənilər həyəcanla nəsillərinin kəsiləcəyindən danışırlar hamı, xüsusilə uşaqları orduda xidmət edən ailələr cəbhədə sülh tələb edir

Erməni Milli Konqressi  yəqin ki, əvvəlcədən ictimai rəyi öyrənib və əmin olub ki, heç bir valideyn övladının döyüşən orduda xidmət etməsini istəmir.

Ermənistan aprelin 2-dən parlament üsul-idarəsinə keçir və partiyaların proporsional qayda ilə parlamentə daxil olması üçün 7%-lik baryeri keçməsi vacibdir. Portalın məlumatına görə, Erməni Milli Konqressi  həmin baryeri keçmək üçün Qarabağda güzəşt tələb edir.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın "Lragir” portalı keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətçi Erməni Milli Konqressi partiyasının seçki kampaniyasını tənqid edərkən bildirib.

"İdeya sadədir və hamı üçün, xüsusilə uşaqları orduda xidmət edən valideynlər üçün aydındır - gəlin Qarabağda güzəştə gedək, onda sülh olacaq və sizin uşaqlar döyüşməyə məcbur olmayacaq”,- deyə məqalədə vurğulanır.

 Azərbaycan ordusu Qarabağda

Portalın fikrincə, valideynlər onlara sülh təklif edən partiyaya səs verəcək. Bu da səbəbsiz deyil. Erməni ailələr uşaqlarının orduda xidmət etməməsi üçün hər şeyə gedirlər və hətta onları həddi-buluğa çatmamış ölkədən çıxarmağa hazırdırlar.

Daha öncə "Erməni Milli Konqressi" fraksiyasının təmsilçisi Aram Manukyan bildirmişdi ki, hər il Ermənistandan hərbi çağırış yaşına çatmamış 2 min uşaq mühacirətə gedir:  

"Ölkədən oğlan uşaqlarının çıxarılmasının əsas səbəbi valideynlərin onları ordudan yayındırmaq istəyidir. Bu sübut edir ki, 25 illik yarımmüharibənin mövcud uzun sürən durumu iqtisadiyyata, insanların psixikasına, həyat tərzinə təsir göstərir. Mən Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin başçısı Artur Sakunsun araşdırmasını nəzərdən keçirmişəm.  Orada göstərilir ki, son illərin statistikası sürətli templərlə pisləşir. Əgər müharibə illərindən sonra bizim ordu ildə 40-50 itki verirdisə, 2015-ci ildə bu rəqəm 80-ə, 2016-cı ildə isə 160-a qalxdı. Bu ilin qısa bir dövründə biz 11 nəfər itki vermişik".

Statistikaya görə, Ermənistanda hər il 20 min oğlan doğulur (Müqayisə üçün Azərbaycanda 70 min oğlan doğulur - red.). Onların da təxminən 10 faizi ölkəni birdəfəlik tərk edir. Bu, avtomatik olaraq Ermənistanda doğum göstəricisinin də aşağı düşməsinə səbəb olur və əhali azalır. Əgər 1990-cı illərdə Ermənistanda ildə 80 min uşaq doğulurdusa, hazırda bu göstərici 40 minə düşüb. Ermənilər həyəcanla nəsillərinin kəsiləcəyindən danışırlar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az