Ermənistanda rus zabitini VƏHİCƏSİNƏ DÖYDÜLƏR
Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının zabitləri arasında dava düşüb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə sentyabrın 10-da axşam saat 23:30 radələrində Alabyan küçəsindəki binanın həyətində baş verib.
Məlumata görə, dava 102-ci bazanın zabitləri – 23 yaşlı Vladislav Krasovki, 22 yaşlı Viktor Yudin, 26 yaşlı Nursultan Qizatulayev və 26 yaşlı Yuri Nikolayev arasında baş verib. Nəticədə ciddi bədən xəsarətləri alan Y.Nikolayev kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Polisin saxladığı Nursultan Qizatulayev Nikolayevi döydüklərini etiraf edib.
Miq.az