Ermənistanda yarım milyona yaxın erməni doyunca yeyə bilmir...- RƏSMİ

Ermənistanda yarım milyona yaxın erməni doyunca yeyə bilmir...- RƏSMİ

BMT-nin Ümumdünya Ərzaq Proqramının "Aclıq xəritəsi"nə əsasən, Ermənistanda 500 minə yaxın sakin doyunca qidalana bilmir.

Moderator.az xəbər verir ki, bu haqda "ArmenianReport" məlumat yayıb.
 
Mənbəyə görə, Ermənistanın əhalisi 3 milyon nəfərdir.
 
Eyni zamanda, son bir ayda qida çatışmazlığından əziyyət çəkən ermənilərin sayı 70 min nəfər artıb.
 
Xəritəyə əsasən, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qida çatışmazlığından əziyyət çəkir.
 
Dünya Bankının məlumatına görə, 2021-ci ildə Ermənistanda yoxsulluq 7% artıb. 2020-ci ildə bu rəqəm 27%  təşkil edib.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az