Ermənistandan Qarabağ danışıqları ilə bağlı razılıq
"Həmsədrlər yaxın həftələrdə regiona səfər etməyi planlaşdırır”
Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün mümkünlüyü ilə bağlı konkret razılıq hələlik yoxdur, amma İrəvan görüşlərdə iştirak etməyə hazırdır.
İstiPress-in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan RİA Novosti agentliyinə müsahibəsində deyib.
"Konkret razılıq hələlik yoxdur. Bir neçə gün əvvəl təhlükəsizlik üzrə Münhen konfransında ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Azərbaycan xarici işlər naziri ilə görüşüm oldu. Biz görüşlərə hazırıq”, - Nalbandyan bildirib.
Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri ilə görüşdə sülh prosesinin sürətləndirilməsi üçün lazımi addımlarn atılmasınin davam etdirilməsi ilə bağlı qərar qəbul edilib.
"Bu məqsədlə həmsədrlər yaxın həftələrdə regiona səfər etməyi planlaşdırır”, - erməni nazir deyib.
Miq.Az