Ermənistanı qorxuya salan Rus silahı FOTO

Ermənistanı qorxuya salan Rus silahı FOTO
Türkiyə Azərbaycana görə S-400-lərini Ermənistanla sərhəddə yerləşdirir?

"Rusiyanın Qarabağa münaqişəsinə Ermənistan tərəfdən müdaxiləsi Türkiyənin də Azərbaycan tərəfdən eyni addımı atması ilə nəticələnəcək". İstiPress-in məlumatına görə, bunu politoloq Rasim Musabəyov deyib.
 
Rusiyanın pravda.ru saytının yazdığına görə, azərbaycanlı deputatın bu bəyanatı bəzi mətbu orqanlarda Türkiyənin Rusiyadan alacağı S-400 raketlərini Ermənistan ilə sərhəddə yerləşdirəcəyi xəbərləri ilə üst-üstə düşür. 

Hələ bu ilin aprel ayında Türkiyənin Rusiyanın ən güclü raket kompleksini əldə etmək üçün razılaşma əldə etməsi zamanı S-400-lərin Azərbaycan və Ermənistan arasındakı hərbi balansa təsir edə biləcəyi heç kimin ağlına gəlmirdi.
Rusiyanın Ermənistana bağışladığı
Bir müddət öncə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ermənistandakı "İsgəndər" raketlərinə qarşı Bakının əlində güclü cavab olması barədə bəyanatı erməniləri qorxuya salıb. Onlar bu bəyanatda məhz Türkiyənin S-400-lərinin nəzərdə tutulduğunu düşünürlər. İndi adıçəkilən sursatın Ermənistanla sərhəddə yerləşdirilməsi barədə mətbuatda yer alan iddialar da onların qorxularının daha da artmasına səbəb olub. İndi Türkiyənin Ermənistanla heç bir diplomatik əlaqəsinin olmaması da onların bir hədəfinin olduğunu göstəricisi hesab edilir - erməni "İsgəndərin"ə qarşı istifadə. 

Milli Məclisin deputatı Zahid Orucun sözlərinə görə, Türkiyə və Azərbaycanın hərbi sahədə əməkdaşlığı gen keçdikcə daha da genişlənir. Hər il keçirilən böyükmiyaslı hərbi təlimlər gələcək hərbi əməliyyatlarda iştirak üçün şəxsi heyətin yaradılmasına istiqamətlənib. 
Növbəti mərhələdə Türkiyə Naxçıvanda özünün ilk bazasını qurmaqdır. Bakı-Axalkalaki -Qars dəmiryolu işə düşdükdən sonra isə türk hərbçilər və hərbi azavanlıqları Azərbaycana daha operativ şəraitdə çatdırılacaqlar. 

İndi erməniləri narahat edən bir məsələ var -  əgər müharibə olarsa, Bakı ilə Ankara arasında hərb ittifaq yaranarsa Türkiyə tərəfdaşına mütləq yardım əlini uzadacaq, Ermənistana qarşı keçeirilən hərbi əməliyyatlar da yerini alacaq. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az