Ermənistanın dayağı Rusiyadır - Paşinyan

Ermənistanın dayağı Rusiyadır - Paşinyan

Rusiya ilə strateji müttəfiqlik respublikanın təhlükəsizlik arxitekturası üçün dayaqlardan biridir.

Miq.Az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

"Razılaşma çərçivəsində Rusiya hərbi bazasının imkanlarının təmini davam etdirilir. Sünik (Zəngəzur) vilayətində 102-ci bazanın dayaq məntəqələri yaradılıb, bəzi sərhəd məntəqələrində Rusiya sərhədçiləri mövcuddur”, – o bildirib.

Paşinyan Rusiyanın Ermənistanla Azərbaycan arasında sərhəd problemlərinin müzakirəsinə cəlb edildiyini söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az