Əsgərlərdən tapılan dollarların sirri - Gülən dua oxuyubmuş

Əsgərlərdən tapılan dollarların sirri - Gülən dua oxuyubmuş
Məlum olduğu kimi, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra aparılan əməliyyat nəticəsində Türk Silahlı Qüvvələrindən çox sayda əsgər saxlanılıb. Onlardan bəziləri məhkəməyə çıxarılaraq barələrində həbs hökmü verilib. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan əsgərlərin üzərində müəyyən hərflərlə işarələnmiş bir dollarlıq əskinaslar aşkarlanıb. İddia olunur ki, Fətullah Gülən bu pullara dua oxuyub. Polislərin apardığı əməliyyat nəticəsində dollar üzərindəki hərflərin "darbeci” əsgərlərin rütbələrini göstərdiyi öyrənilib.

Belə ki, üzərində "F” hərfi olan dollarlar Fətullah Gülənə yaxın rütbəlilərə verilib. Üzərində "J” və "C” işarəsi olanlar isə daha alt rütbə daşıyıcıları olub. İddiaya görə, "darbeci” əsgərlər bir-birlərini bu işarələr vasitəsilə tanıyıblar.

Polis tərəfindən aşkarlanan pullar ədliyyə orqanlarına göndərilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az