Əvvəlcə döyüldü, sonra güllələndi: Rusiyada azərbaycanlının dəhşətli QƏTLİ

Əvvəlcə döyüldü, sonra güllələndi: Rusiyada azərbaycanlının dəhşətli QƏTLİ
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində əslən Azərbaycandan olan şəxs güllələnərək öldürülüb.

Miq.az  apa-ya istinadən məlumatına görə, Rusiya Federasiyası vətəndaşı, 1989-cu il təvəllüdlü, Dağıstanda cəzaçəkmə müəssisələrinin birində nəzarətçi işləyən Vəliyev Məhəmməd Ağakərim oğlu Dağıstanın Xasavyurd rayonunda yaşayıb.

Əslən Azərbaycanın Qusar rayonundan olan M. Vəliyev internetdə avtomobil elanı verən zaman Mahaçqala sakini ilə mübahisəsi yaranıb, etnik zəmində təhqir olunub. Onlar mübahisəni görüşərək həll etməyə qərar veriblər. Dekabrın 11-də Mahaçqala ətrafı qəsəbələrdən birinə təyin olunan görüşə M. Vəliyev tək, qarşı tərəf isə dəstə halında gəlib. Mübahisə əlbəyaxa davaya keçib, dəstə üzvləri azərbaycanlı gənci əvvəlcə bərk döyüblər və sonra tapança ilə öldürüblər. Ona 5 dəfə atəş açılıb.

Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır, hadisəni törədənlər axtarılır.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az