Fazil Məmmədov işdən çıxarılıb? - Açıqlama

Fazil Məmmədov işdən çıxarılıb? - Açıqlama

Ötən gündən başlayaraq kütləvi informasiya vasitələrində Vergilər Nazirliyində dəyişiklik edilməsilə bağlı informasiyalar yayılıb.

VİZUAL.az xəbər verir ki, yayılan informasiyalarda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən azad edilib. Prezident bu barədə sərəncamı G20 ("böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb.

Hətta vergilər naziri postuna yeni təyinat olması barədə məlumatlar da yazılıb. Qeyd edilir ki, yeni vergilər naziri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev təyin olunub.

Məsələ ilə əlaqədar Vergilər Nazirliyilə əlaqə saxladıq. Vergilər Nazirliyindən BAKU.WS-ə bildirdilər ki, bu barədə onlarda heç bir informasiya yoxdur: "Bizə belə bir məlumat daxil olmayıb. Fazil Məmmədov hazırda iş başındadır”.

Qeyd edək ki, qanuna uyğun olaraq prezidentin sərəncamından sonra vəzifəli şəxs postundan çıxarılır. Hələlik nazirin çıxarılması ilə bağlı rəsmi sərəncamın olmaması da məlumatın dəqiq olmadığına əsas verir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az