Fətullah Gülən Azərbaycan hakimiyyətini hədələdi: "Özlərini Xəzərə tökdürməsinlər"
Türkiyə hərbi-siyasi mühiti gülənçi ünsürlərdən təmizlənərkən, sabiq gülənçilər də etiraflar etməyə başlayıb.
Avropa.info xəbər verir ki, FETÖ-nün xaricdə təşkilatlanması üzrə bir vaxtlar Qafqazda əsas simalardan biri olan Hayati Küçük Türkiyənin "Sabah” qəzetinə şok müsahibə verib. Hayati Küçük özü vaxtilə Gürcüstanda bir çox Gülən məktəbinin açılması və təşkilatlanmasında vacib rol oynayıb.
Təşkilatın xarici ölkələrdə təşkilatlanmasını çox yaxşı bilən Küçük Fətullah Gülənin Türkiyə xaricində 30-40 min kadrının fəaliyyət göstərdiyini deyib.
Hayati Küçük gülənçilərin Azərbaycan fəaliyyəti və Fətullah Gülənin rəsmi Bakını hədələməsi ilə bağlı sensasiyalı açıqlamalar verib.
"Azərbaycanda FETÖ ilə mübarizə aparıldığı yazılır, danışılır. Azərbaycanda güclərini qoruyub saxlaya bilirlərmi?” – sualına o, belə cavab verib:
"Azərbaycanda daha çox məxfi fəaliyyətləri var. Amma mövcuddurlar. FETÖ hər zaman bunu deyərdi: Biz girdiyimiz yerdən bir daha çıxmarıq. Rusiya "məktəbləri bağladıq” desə də, Federasiya subyektlərində hələ də varlar. İlham bəyi (red: prezident İlham Əliyev) devirmək an məsələsi idi. Bir gün Pensilvaniyada keçirilən iclasda Azərbaycandan telefon gəldi. İlham bəyin ciddi problem yaratdığı bildirilirdi. Fətullah Gülən bu cür də dedi: "Özlərini Xəzərə tökdürtməsinlər ”. Bu bir reallıq və həqiqətdir. İlham bəy devrilsə, can Azərbaycan da dağılar, bunların əlində qalar. Əgər bir millət, iki dövlət olarsaq, bunları süpürüb zibilliyə atarıq”.
Qeyd edək ki, son günlər Azərbaycanda Gülən şəbəkəsinə qarşı əməliyyatlara start verilib. Azərbaycan güc strukturları bir neçə AXCP üzvünü gülənçilərlə bağlılıqda ittiham edərək həbs edib.
Miq.az