"Feysbuk" statusları redaktə etmək funksiyasını ləğv etdi?

Son dövrlərdə sürətlə reytinq itirən "Feysbuk" şirkəti günü-gündən istifadəçilərinin etimadını da itirir.

Publika.az xəbər verir ki, bu gün "Feysbuk" istifadəçilərinin əksəriyyəti paylaşımlarını redaktə edə bilmədiklərini bildiriblər.
"Feysbuk"un rəsmi səhifəsində isə mövzu ilə bağlı heç bir açıqlama verilməyib. İlkin ehtimallara görə, bu sistemdə gedən yeniliklərlə bağlıdır.
Xatırladaq ki, "Feysbuk" yaxın günlərdə prioritet mövzuların, önəmli postların, şəxslərin göstərilməsi üçün nəzərdə tutulan xəbər lentini aktivləşdirməyə hazırlaşır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az