Flora Kərimova yıxıldı – Qabırğası sındı

Flora Kərimova yıxıldı – Qabırğası sındı
 Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb. 
 
Sənətkar iki gün əvvəl bağ evinin həyətində yıxılılaraq qabırğasını əzdiyini bildirib: "Bağda gəzirdim, arxaya doğru addımlamaq istəyəndə ayağım çuxura düşdü. Möhkəm yıxıldım. Sağ tərəfdən ön qabırğam məni bərk incidir; nəfəs alanda ağrı verir, normal hərəkət edə bilmirəm. Əvvəlcə elə bildim, yüngül əzilmişəm, ona görə həkimə müraciət etmədim. Həm də şənbə və istirahət günləri olduğundan özüm müayinəni təxirə saldım. Həkimlə danışmışam, əlamətləri dedim, sınıqdan şübhələndi. Özüm də bilirəm ki, sınıb, çünki çox ağrıdır. İndi xəstəxanaya gedirəm, görək müayinə nə göstərəcək".
 Bu, Flora xanımın ilk sınığı deyil. Canlı karifey bir neçə il əvvəl yıxılaraq onurğa sütununda büzdüm sümüyünü, başqa bir hadisədə isə qolunu sındırmışdı(ANS).


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az