Fransa telekanalı Hafiz Məmmədovu niyə “vurdu”? – Video

Fransa telekanalı Hafiz Məmmədovu niyə “vurdu”? – Video

Fransanın “Canal + Sport” telekanalı “Bakı” klubunun prezidenti Hafiz Məmmədovu ciddi tənqid edib. Belə ki, Fransada futbol klubu alan H.Məmmədovun fəaliyyəti ilə bağlı araşdırma aparan telekanal onun 40-dan çox şirkətinin olduğunu, lakin bütün bunları təmiz yollarla qazanmadığını iddia edib.

Gizli görüntülərə yer verilən reportajda həmçinin onun ölkənin 5 varlı insanından biri olduğuna diqqət yetirilib.

Azerinfo.org xəbər verir ki, fransız jurnalistlərlə görüşündə “Hafka” onlara dəyəri 16 min avro olan saat hədiyyə edir. Jurnalistlər isə bu saatları medianın inkişafı üçün “Sərhədsiz Reportyorlar”a veriblər. Təşkilat da öz növbəsində bu saatları sataraq, pulunu mətbuata qarşı təzyiqlərə qarşı mübarizədə sərf edəcəklərini açıqlayıb.

Həmin süjetlərdə erməni diasporunun azərbaycanlının fransız klubu almasına etirazına yer verilməsi isə həmin reportajın Fransadakı Erməni Diasporunun sifarişi ilə edilməsi ehtimalını ortaya qoyur.

Maraqlıdır ki, Hafiz Məmmədovun bu kanala müsahibə verməsi barədə xəbər verilsə də, heç bir idman xəbər saytı həmin reportajın taleyi ilə maraqlanmayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az