Fransada 200 minə yaxın ev işıqsız qaldı
Fransada tüğyan edən "Eleanor" qasırğası 200 minə yaxın evi işıqsız qoyub.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı "Enedis" milli elektrik təchizatı şirkətinin mətbuat xidməti yayıb.
Xidmətin "Twitter" mikrobloqunda yayımlanan məlumatında deyilir: "Enedis"in 2 min əməkdaşı elektrik enerjisinin "Eleanor" qasırğasından əziyyət çəkən 200 min abunəçiyə verilişinin bərpa edilməsinə çalışırlar".
Kommunal xidmət əməkdaşlarının da hadisə yerində olduğu əlavə edilir.
Miq.az