Fransada azərbaycanlı qadın saxlanıldı - Gürcü mafiyasının üzvüdür

Fransada azərbaycanlı qadın saxlanıldı - Gürcü mafiyasının üzvüdür
Gürcüstanın Avropolla əməkdaşlığı sayəsində 16-17 aprel tarixlərində keçirilmiş "Caucase Normandie" adlı əməliyyat nəticəsində Fransa və Yunanıstanda gürcü cinayətkar qruplaşmasının 34 üzvü saxlanılıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, saxlanılanlar arasında 4 gürcü "qanuni oğru" da var. Fransada transmilli cinayətkar qruplaşmanın 15 üzvü saxlanılıb ki, onların arasında 14 Gürcüstan və 1 Ermənistan vətəndaşı olub. Yunanıstanda isə 23 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar mənzil və mağazalardan soyğunçuluq etməklə yanaşı, oğurlanmış əşyaların satışı ilə məşğul olublar.
Fransada saxlanılan Gürcüstan vətəndaşları arasında əslən azərbaycanlı olan 1970-ci il təvəllüdlü Elmira Mustafayeva adlı şəxs də var. İstintaq zamanı həyata keçirilmiş axtarışlar nəticəsində qruplaşmanın kriminal fəaliyyəti ilə bağlı dəlillər toplanıb. 

Cinayətkar qruplaşma ilə bağlı istintaq Fransa və Yunanıstanın cinayət məcəllələrinin müvafiq maddələri üzrə aparılır.  
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az