Gənc müğənni qəzada öldü-VİDEO

Gənc müğənni qəzada öldü-VİDEO

Vətəninfo.az  xəbər verir ki, Bakıda axşam saatlarında ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Zığ şossesində “SOCAR” yanacaq-doldurma məntəqəsinin yaxınlığında baş verib. Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil idarəetməni itirərək, əks yola çıxıb və  “VAZ 2107” markalı maşınla toqquşub.  Qəza nəticəsində  “VAZ 2107” markalı avtomobilin sürücüsü, taksi fəaliyyəti ilə məşğul olan 1988-ci il təvəllüdlü Nərimanov Şahin Nadir oğlu və 24 yaşlı Bayramova Samirə Afət qızı hadisə yerində ölüblər. Qəza nəticəsində xəsarət almış “Opel” markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırılıb.

Həlak olmuş şəxslər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəsədləri nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. 

Sentyabrın 26-na keçən gecə Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu ərazisində, Zığ yolunda “VAZ 2107”, “Opel” və “QazEl” markalı avtomobillərin toqquşması nəticəsində həlak olan 24 yaşlı Bayramova Samirə Afət qızı müğənnidir. O, bir sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub. S.Bayramova bir müddət əvvəl ailə həyatı qurubmuş və hamilə imiş. S.Bayramova həzin səsi ilə bir çox tanınmış müğənnilərin diqqətini çəkib, onun ifa etdiyi mahnılar radiolarda səsləndirilib.






Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az