Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu

Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.
 

APA-nın məlumatına görə, Əliyev Akif İsmayıl oğlu - 1966-cı ildə anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. 
 
Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib. Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.
 
Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –"gununsesi.info” və "teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.
 
Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az