Gənclərimiz “O səs Türkiyə”dən niyə qovuldu? - Konsulluqdan MÜNASİBƏT

Gənclərimiz “O səs Türkiyə”dən niyə qovuldu? - Konsulluqdan MÜNASİBƏT
Bizdə bu haqda heç bir məlumat yoxdur.

Miq.az  bildirir ki, bu sözləri Azərbaycanın İstanbul konsulluğunun nümayəndəsi azərbaycanlı iştirakçıların "O səs Türkiyə” musiqi yarışmasından uzaqlaşdırılması haqda Axar.az-a danışarkən deyib.

O, konsulluğa məsələ ilə bağlı hər hansı bir şikayət daxil olmadığını bildirib:

"Bizim məsələni araşdırmağımız və vətəndaşların pozulan hüquqlarını qorumağımız üçün həmin şəxslərin bizə müraciət etməsi lazımdır. Yarışmadan kənarlaşdırılan vətəndaşlar bizə müraciət etmədikləri üçün bu məsələ konsulluğun gündəmində deyil”.

Qeyd edək ki, "O səs Türkiyə” yarışmasında yarışan həmyerlilərimiz - Gülşən İbadova, İlham Nəzərov, Zülfü Əsədov, Müşfiq Əliyev və Nofəl Aslanov heç bir əsas olmadan yarışmadan uzaqlaşdırılıblar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az