Bakı metropoliteninin bəzi stansiyalarında aparılan təmir-tikinti işləri davam etməkdədir. Təbii ki, bu işin nəticəsində stansiyaların görünüşü müsbət mənada dəyişir. Amma, məsələn, yolu “Gənclik” stansiyasından düşənlər heç də bu qənaətdə deyillər. Onların fikrincə, yerə vurulan sürüşkən mərmərlərin üzərində yeriyərkən hər an yıxılmaq təhlükəsi ilə üzləşə bilərsiniz.
Yadınızdadırsa, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovun vaxtında “28 May” stansiyasında yerə döşənən mərmərlərin sürüşkən olması səbəbindən bir neçə nəfər yıxılaraq xəsarət almışdı.
İndi həmin hadisələrin “Gənclik”də təkrarlanmayacağına təminat varmı?
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metrodan istifadə edənlərə narahat olmamağı tövsiyə edib: “Belə hal yalnız “Gənclik” stansiyasında müşahidə edilə bilər. Nəzərə almaq lazımdır ki, biz oradakı təmir işlərini stansiyanı bağlamadan davam etdiririk. Əmin ola bilərsiniz ki, işlər tam yekunlaşdıqdan sonra narahatlıq üçün heç bir əsas olmayacaq”.
Qurum rəsmisi 1-ci Avropa Oyunlarına qədər “Gənclik” stansiyasında işlərin tam yekunlaşacağını da vurğulayıb.
Modern.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?