Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edildi

Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edildi
Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Miq.az-a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Qazax rayonu ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq avtomobilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 min ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az