Goranboyda 29 yaşlı qız müəmmalı şəkildə dünyasını dəyişib
Goranboy sakini xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişib
APA-nın verdiyi məlumata görə, rayonun Xan Qərvənd kənd sakini 1988-ci il təvəllüdlü Əliyeva Fərqanə Ramiz qızı yüksək hərarətlə ağır vəziyyətdə Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Xəstənin hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Miq.az