Görkəmli operatorun yubileyi qeyd ediləcək
Tanınmış kinooperator, Xalq artisti, Lenin mükafatı laureatı,
Türkmənistanın və Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir
Məmmədovun 100 illik yubileyi qeyd ediləcək. Azərbaycan Dövlət Film
Fondundan verilən məlumata görə, sənədli filmlərin mahir operatorunun
yubiley tədbiri oktyabrın əvvəlində keçiriləcək.
Cavanşir Musa oğlu Məmmədov 1915-ci il oktyabrın 17-də Lənkəranda
anadan olub. Aşqabad Kino Texnikumunu bitirdikdən sonra Aşqabad
kinostudiyasında operator işləyib. Operator köməkçisindən xronikal
filmlər üzrə I dərəcəli operator dərəcəsinədək yüksəlib. Müharibə
illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda
fəaliyyət göstərib.
1950-1960-cı illərdə "Bakı” kinostudiyasında 12 sənədli film çəkib.
Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino
səyahəti" almanaxının yaradıcılarından olub. Kinojurnallar üçün mindən
çox süjet çəkib. 1954-cü ildə Kann festivalının və 1960-cı ildə Lenin
mükafatının laureatı ("Xəzər neftçiləri haqqında dastan" sənədli filmi)
olub. 1997-ci ildə Moskvada vəfat edib.
strateq.az