Güclü külək Qubanın Xınalıq kəndində fəsadlara səbəb oldu

Güclü külək Qubanın Xınalıq kəndində fəsadlara səbəb oldu
Güclü külək Qubanın Xınalıq kəndində bir sıra fəsadlar törədib.

Miq.az  Azərtac-a istinadən xəbər verir ki, beş gündür əsən külək noyabrın 1-də səhər daha da güclənib.
Nəticədə Xınalıq kənd internat tam orta məktəbinin, eləcə də, bir neçə ev və yarımtikilinin dam örtüyünə ziyan dəyib. Bəzi yerlərdə elektrik və rabitə xətləri qırılıb. Bu səbəbdən kəndə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.
Quba rayon icra hakimiyyəti başçısının Xınalıq inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədovun verdiyi məlumata görə, fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. "Azərişıq” QSC-nin qəza briqadası qırılan elektrik xətlərini bərpa etdikdən sonra kəndə enerjinin verilməsinə başlanılıb.
İcra nümayəndəsi günün ikinci yarısından başlayaraq, kənddə küləyin sürətinin azaldığını bildirib.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az