Gülən həm də Türkiyənin narkotik şəbəkəsinə rəhbərlik edirmiş?

Gülən həm də Türkiyənin narkotik şəbəkəsinə rəhbərlik edirmiş?
Fətullahçı Terror Təşkilatının (FETÖ) narkotik şəbəkəsi ilə bağlı yeni iddialar ortaya atılıb.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, "A haber”də yayımlanan "Diplomasi” proqramında FETÖ, PKK və narkotik mövzusu müzakirə olunub.

Proqramla canlı əlaqə yaradan keçmiş polis Fatih Mehmet Çolak FETÖ ilə bağlı bir çox məsələdən danışaraq ölkədə narkotik mafiyasına Gülənin nəzarət etdiyini bildirib.

F. M. Çolak bildirib ki, FETÖ-nün narkotik şəbəkəsinin izinə düşən polislər haqqında Prokurorluqda sorğu açılaraq onlar işlərindən xaric olunublar. Belə ki, bu qurbanlardan biri də məhz o olub.
 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az