Güləş idman növünün hələ ki “Olimpiada-2020”-nin proqramına daxil edilmək imkanı var. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (BOK) Jak Roqqe bəyan edib. “Məsələyə tam aydınlıq gətirim: güləş olimpiya idman növləri sırasından çıxarılmayıb”, deyə BOK rəhbəri Perunun paytaxtı Lima şəhərində mətbuat konfransında qeyd edib.
Roqqenin sözlərinə görə, “güləş gələcəkdə 25 əsas olimpiya idman növləri sırasında olmayacaq, lakin BOK İcraiyyə Komitəsinin mayın 29-da Sankt Peterburqa keçiriləcək iclasından sonra olimpiya proqramına daxil edilə bilər”.
“Rio de Janeyro-2016” Olimpiya Oyunlarından sonrakı Oyunların yekun proqramı Sankt Peterburqda qəbul olunacaq qərarlar nəzərə alınmaqla Beynəlxalq Olimpiya Komitəsinin sentyabrın 7-də Buenos Ayresdə keçiriləcək sessiyasında müəyyən olunacaq. Belə ki, Argentinanın paytaxtında keçiriləcək sessiyada İcraiyyə Komitəsinin təqdim edəcəyi 8 idman növündən yalnız biri seçiləcək. Qeyd olunan iclasda həmçinin “Olimpiada-2020”-nin paytaxtı müəyyən olunacaq – bu ada Madrid, İstanbul və Tokio iddialıdır.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi 2013-cü ilin fevralın 13-də Lozannada keçirilmiş iclasında güləşi “Olimpiada-2020”-nin proqramından çıxarılmasını tövsiyə edib. Yekun qərar BOK-un sentyabrın 7-də Buenos Ayresdə keçiriləcək 125-ci sessiyasında veriləcək.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat