Gültəkin Hacıbəyliyə AŞPA-ya giriş qadağası qoyuldu
AŞPA keçmişdə iqtidarın, indi isə müxalifətin nümayəndəsi olan Gültəkin Hacıbəyliyə ağır cəza kəsib.
Miq.Az xəbər verir ki, bu müxalifətçiyə ömürlük AŞPA binasına daxil olmaq qadağan edilib.
Bu qərar barədə Meydan.tv saytındakı yazıda aşağıdakılar qeyd olunub:
Sabiq deputat, Milli Məclisin AŞPA nümayəndə heyətinin sədrinin keçmiş müavini Gültəkin Hacıbəyli AŞPA-dan iyunun 28-də məktub alıb. Bu barədə Meydan TV-yə danışan G.Hacıbəyli deyib ki, istintaq qrupu ona məktubu Azərbaycan nümayəndə heyətinin katibliyinə göndərib, amma katiblik məktubu ona verməyib.
G.Hacıbəyli deyib ki, haqqındakı qərarın ləğvinə və Azərbaycan nümayəndə heyətinin cəzalandırılması istiqamətində çalışacaq:
"Mən sona qədər gedəcəm. Çünki bu hadisə nüfuzuma zərbədir. Mən Azərbaycan nümayəndə heyətindən çox, AŞ PA-nı sorğulayacam. Necə olur ki, 2012-13-cü illərdə pulların deputatlara paylandığı zaman nümayəndə heyətinin üzvləri istintaqa cəlb olunmur, amma 2010-cu ildən sonra AŞ PA-ya getməyən bir şəxs olaraq, mənə cəza verilir? Hətta bu cəza Səməd Seyidova da verilməyib. Mənə ömürlük AŞ PA-ya giriş qadağan edilib. Səbəb guya suallara cavab verməməyimdir. Halbuki məktub məndən gizlədilib”.
Miq.Az