“Günelin anasını qurbağa ilə sağaltdım”-EKSKLÜZİV

“Günelin anasını qurbağa ilə sağaltdım”-EKSKLÜZİV

Tamilla Salamova: “Elə olur hərdən ilan cildinə düşürəm”

Hələ məktəbdə oxuyarkən digər şagirdlərdən qeyri-adiliyi ilə fərqlənərdi.
Tez-tez burnuna qoxular gələrdi. Huşunu itirər, özündən gedərdi. Bu qəribə qızın dərdini heç kəs bilmirdi.
Heç kəs bilmirdi ki, zaman gələcək, onu hamı tanıyacaq, hamı axtaracaq.
Hər kəs ondan nicat umacaq.   
Hələliksə o özü nicatsız idi. Saatlar ilə halsız, taqətsiz qalardı. Daha sonra sakit qızcıqaz birdən-birə od püskürərdi. Halındakı bu dəyişkənliyin çarəsini heç bir təbib tapa bilmirdi.
Qız böyüdükcə burnuna dəyən qoxular da çoxaldı.Günbəgün artdı.Və günlərin bir günü  o  ONU  gördü..
Tüklü, əlləri ətəyinə çatan,qulaqları yekə,çənəsi qabağa,gözləri uzunsov olan qəribə məxluğu görən kimi başa düşdüki illər ilə burnuna dəyən spesifik qoxu – qarşısında dayanan qəribə  məxluğun qoxusudur.Və həmən məxluq –CİNdir.
Nağıllardan,rəvayyətlədən adını eşıtdiyimiz,ancaq heç bir zaman görmədiyimiz CİN,daha sonra Şeytan,ardınca ruhlar  gözünə görünməyə başladı.

Vətəninfo.az-ın bugünki  həmsöhbəti qeyri-adi, qəribə üsüllar ilə müalicə aparan, qurbağa ilə bir çox insana şəfa verən, ilan ilə dostluq edib cinlər ilə müqavilə bağlayan ekstrasens, parapsixoloq Tamilla Salamovadır.

-Tamilla xanım, öncədən hər şeyi yüz faiz görmək olurmu?
- Olur,ancaq gördüyünün  yüz faizini olduğu kimi demək olmur.
-Niyə, nə mane olur ?
-Elə şeylər var demək olmur.Çünkü  qarşındakı insan sənə müraciət edəndə o səndən yaxşı şeylər eşitmək istəyir.Axı kiməsə necə demək olar ki,bir həftədən sonra həyatın başa çatacaq və ya filan itkin olacaq?
-Bəs  yalandan ümid verdikdən sonra həmən adam və ya onun yaxınlarının sizə olan inamları şübhə altına düşmürmi?
- Əlacsız  xəstəni müayinə edən  həkim heç vaxt  xəstəyə  “sən öləcəksən”-demir.
Əksinə ruh verir.Allaha təvəkkül deyir.

Onda bütün xəstələr həkimə getməkdən imtina etsinlər ki,həkim düzgün diaqnoz vermir.Amma doğurdan da hər şey Allahın əlindədir.Və Allahın rəhmi  böyükdür.
- Eşitdiyimə görə sizin hətta cildiniz  də dəyişir.Tanınımaz hallara düşürsünüz.
- Bu çox anlaşılmaz bir hissdir.Huşum gedir,yıxılıb yerdə qalıram.Hətta cildim belə dəyişilir.Bir sıra televiziya işçilərindən,aparıcılardan,opertorlardan xəbər ala bilərsiniz.Onlar mənim ilan cildinə düşməyimin şahidi  olublar.
- Maraqlı müalicə üsulunuz var.Qurbağa ilə bir çoxlarına şəfa vermisiniz?
- Bəli,çoxlarını qurbağa ilə müalicə etmişəm.Müğənni Günel Ələkbərovanın anasının boğazında  zob vardı.Onu məhz qurbağa ilə sağaltdım.
- Qoxu- sizin üçün çox önəmlidir.Cini,şeytanı.ruhu məhz qoxu ilə ifşa edirsiniz. Cinin iyi necə olur? Onu necə ayırd edirsiniz ki,burnuza dəyən qoxu şeytanın yox,məhz cinin iyidir?
- Hər bir kəsin öz qoxusu var. Hətta  hər millətin də öz fərdi qoxuları olur. Həmçinin  cinin  də.şeytanın da  öz spefissik qoxusu olur.İy burnuma dəyən kimi bilirəm ki,bu hansı məxluqun qoxusudur.
- Adlarını çəkdiyiniz  bu məxluqların təkcə iyini hiss edirsiniz, yoxsa özlərini də görürsünüz ?
- Görürəm.Onların hər biri-istər ruh,istər şeytan,istərsə cin olsun –gözümə görünürlər.Bir də,görürsən cin gecə pəncərəmi döyür.Anam yaman qorxur onlardan.(gülür) Başlayır deyinməyə ki,yenə gəldilər.
-Çox maraqlıdır, üzünü görmədiyimiz,ancaq kitablardan adlarını  eşitdiyimiz bu məxluqların görünüşü necədir? Bəlkə dostunuz  Cindən başlayaq?
- Hə cin ilə dostuq. Elə ilk dəfə gözümə görünən də Cin olub...
-Yəqin ki,cin ilə müqaviləniz də var ?
- (Gülür) Var. Cinlər məni çox istəyir.
- Onda ilk öncə dostunuz Cinin portretini cızaq.
- Cin  tüklü, qulaqları -böyük , sallaq , çənəsi - iri ,qabağa, əlləri – yekə ,
gözləri- uzunsov olur. Cinlərin arasında Allaha dua edən, mömin cinlər də var.Və mən mömin  cinlər ilə dostluq edirəm.Bir də elə insan yoxdur ki, onda cin olmasın.
- Bəs şeytan  və  ruhun görkəmi necədir ?
- Ruh - dünyasını dəyişən insanın bədənindən ayrılıb, digər şəxsin  bədəninə də girə bilər. Ölən adamın xarakterinə uyğun olaraq , pis və yaxşı  ruhlar var.
Şeytan isə çox təkəbbürlüdür.

Adamı çox vaxt çaşdırır. Bəndələri intihara sövq
edir. Dayandığın yerdə özünə qəsd etmək istəyirsən.Min bir hiylə ilə adamı yoldan çıxarır. Pisliyə sürükləyir. Gözəgörünməz olur. İnsanın daxilində gizlənir, içinə girir. Allah  hər kəsi şeytandan uzaq eləsin. Hətta  düşmənlərimə də  şeytanın tələsinə düşməyi  arzu etmirəm.
- Düşmən demiş , Tamilla xanım,heç ayağınızdan dartıb, sizə pislik edənlər olubmu  və  ya varmı?
- O qədər..Dil ilə deyiləsi deyil .
-  Səbəb nədir?
-  Paxıllıq, qısqanclıq , qibtə, həsəd - hansını deyim ?  Xəbislik - bax budur səbəb. Üzümə gülə-gülə mənə quyu qazıblar.
- Kimlər?
- Elə öz həmkarlarım , ekstrasenslər, parapsixoloqlar. Düzün deyim bizim sahədə olan paxıllıq  heç şoubiznesdə yoxdur. Bizdə ayaqdan çəkənlər daha çoxdur.

İnanın bu  mövzu  ən  yaralı yerimdir.
- Parapsixoloqların  əksəriyyətinin  gözü sizi götürməsə də, ancaq şoubiznes əhlinin çoxu dostunuzdur.
- Allah hər birinin canını sağ eləsin. Demək olar ki,99 faizi yanıma gəlib.
- Kimlərdir o 99 faiz gələnlər?
-  Bax onu deyə bilməyəcəm.Çünkü bizim sahədə  məxfilik hər zaman qorunur.

Ceyran

Vətəninfo.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az