Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant maliyyə dəstəyi və təşkilatçılığı, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının isə elmi-təşkilati dəstəyi ilə 6-8 iyul 2015–ci il tarixlərində “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan  tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.
Konfransın 2 iş günü Bakı şəhərində, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq. Elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə olunacaq.    
Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb. Əlavə məlumatla konfransın http://sdf.gov.az/conferences/sun2015/ internet səhifəsində tanış olmaq olar.
Beynəlxalq konfransın açılış mərasimi 2015-ci il 6 iyul tarixində saat 10.00-da Bakı şəhəri, Salyan şosesi, Şıx çimərliyi, “Aysberq“ İstirahət Mərkəzinin böyük zalında baş tutacaq (www.aysberq.az; telefon: (012) 565 07 45). Təşkilat komitəsi ilə əlaqə: (012) 563 61 11 (EİF), [email protected]/* */

Elmin İnkişafı Fondunun mətbuat xidməti



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az