Gürcüstan-Azərbaycan ədəbi dəyərlərinə həsr olunan dəyirmi masa keçirilib - FOTO
"Azərkitab- Kitab Təbliğatı Mərkəzi”ndə Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi,dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərıərinə həsr olunan dəyirmi masa keçirildi.
Dəyirmi masada çıxış edənlər Azərbaycan- Gürcüstan əlaqələrinin bütün sahələrdə yaxşı səviyyədə olduğunu qeyd etdilər.Vurğulandı ki, Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir, müstəqil dövlətlər kimi bütün sahələrdə fəal əməkdaşlıq edirlər.
"Azərkitab- Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov bildirdi ki, belə bir önəmli dəyirmi masanın "Azərkitab”da keçirilməsi təsadüfi deyil, kitab mədəniyyəti ocağına çevrilən Mərkəz geniş çeşidli ədəbiyyatın yayılmasından əlavə, tanınan yazıçılarla, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşləri, kitab təqdimatlarını yüksək səviyyədə təşkil edir.
Azərbaycan Respublikakı Prezidenti Adminstrasiyası diaspora ilə iş üzrə bölmə müdürü Qafar Əliyev dəyirmi masanı yüksək qiymətlədirərək qeyd etdi ki, bu əlaqələr tarixi köklərə söykənir.Heç bir qüvvə də bu əlaqələrin inkişafına mane ola bilməz. Vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizlə Gürcüstan arasında bütün sahələrdə əlaqələrin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dəyirmi masada gürcü dilinə tərcümə edilən kitablarımızın, o cümlədən hüquq elmləri doktoru Şirxan Adıgözəlovun ”Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümuəsi” kitabının iki xalq arasıda kitab mədəniyyətinin bariz nümunəsi kimi dəyərləndirildi.
Siyasi elmlər doktoru, professor Elman Nəsirli dedi ki, Gürcüstanla mədəni əlaqələrimiz yüksək səviyyədədir. Gürcülərin multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları kontekstində qiymət verməsi sevindiricidir. Millət vəkili multikulturalizmin Azərbaycan nümynəsinin üstün və fərqli cəhətlərindən danışdı.
Şirxan Adıgözəlov kitabının gürcü dilinə tərcüməsinin iki ölkə arasında mədəni əlaqənin çox yaxşı olduğundan irəli gəldiyini düqqətə çatdırdı. Azərbaycanda multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış modeli formalaşmışdır. Dünya,o cümlədən gürcülər bu modeli öyrənməkdədir.
Gürcüstan Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti Simon Kopadze bildirdi ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Bu da digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq əlaqələrimizin hərtərəfli inkişafına imkan yaradır.Gürcüstanlı alim Şirxan Adıgözəlovun tədqiqat əsərini yüksək dəyərləndirdi, Gürcüstan araşdırmaçıları üçün kitabın bu sahədə qiymətli mənbə olduğunu qeyd etdi.
Dəyirmi masada Millət vəkilləri Fəttah Heydərov, Eldar İbrahimov, Rüfət Quliyev çıxış etdilər. Tədbirdə elmi ictimaiyyətin nümayəndələri, ziyalılar, yazıçılar, tədqiqatçılar iştirak edirdi.
Miq.Az