Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır

Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
"Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq aləmdə tanınan sərhədləri çərçivəsində onun ərazi bütövlüyünü dəstəkləyir və 2015-ci ilin 13 sentyabr tarixində Dağlıq Qarabağda keçirilən qondarma "yerli özünüidarə orqanlarına seçkiləri" tanımır".
Vətəninfo.az-ın Trend-ə istinadla məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüququn prinsip və normaları çərçivəsində dialoqun davam etdirilməsini vacib hesab edir.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az