Göyçayda 82 yaşlı kişi qoyun sürüsünün altında qalaraq ölüb

Göyçayda 82 yaşlı kişi qoyun sürüsünün altında qalaraq ölüb

Göyçay rayonunda ölüm hadisəsi baş verib.

Miq.Az-ın xəbərinə görə, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb.

Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Məmmədov orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az